Yuxarı

Azərbaycanın hərbi qulluqçusu vəfat edib

Azərbaycanın hərbi qulluqçusu vəfat edib

Azərbaycanın hərbi qulluqçusu, kapitan Abbas Məlikzadə vəfat edib. 

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, hərbi qulluqçu, kapitan Məlikzadə Abbas Saleh oğlu səhhətində problem yarandığından tibb məntəqəsinə müraciət edib. Sanitar nəqliyyat vasitəsi ilə hərbi hospitala təxliyyə edilərkən yolda keçinib. Həkimlərin ilkin ehtimalına görə, hərbi qulluqçu ürək çatışmazlığından vəfat edib.

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir!

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi