Azərbaycanın Əfqanıstandakı sülhməramlılarının bir qrupu vətənə qayıdıb

Azərbaycanın Əfqanıstandakı sülhməramlılarının bir qrupu vətənə qayıdıb Hazırda Silahlı Qüvvələrin 90 hərbi qulluqçusu, 2 hərbi həkimi və mühəndis-istehkam ixtisası üzrə 2 zabiti Əfqanıstandakı missiyada iştirak edir
Hərbi
27 Yanvar , 2017 19:43
Azərbaycanın Əfqanıstandakı sülhməramlılarının bir qrupu vətənə qayıdıb

Bakı. 27 yanvar. REPORT.AZ/ NATO-nun Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 41 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb.

Bu barədə “Report”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 20 noyabr 2002-ci il tarixdən başlayıb.

Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 hərbi qulluqçusu, 2 hərbi həkimi və mühəndis-istehkam ixtisası üzrə 2 zabiti Əfqanıstandakı missiyada iştirak edir.

Son xəbərlər

Orphus sistemi