Azərbaycanın Əfqanıstandakı sülhməramlılarından bir qrupu Bakıya qayıdıb

Azərbaycanın Əfqanıstandakı sülhməramlılarından bir qrupu Bakıya qayıdıb Hazırda 90 hərbi qulluqçu, 2 hərbi həkim və mühəndis-istehkam ixtisası üzrə 2 zabit Əfqanıstandakı missiyada iştirak edir
Hərbi
19 İyul , 2017 19:38
Azərbaycanın Əfqanıstandakı sülhməramlılarından bir qrupu Bakıya qayıdıb

Bakı. 19 iyul. REPORT.AZ/ Azərbaycanın Əfqanıstandakı sülhməramlılarından bir qrupu Bakıya qayıdıb.

"Report" Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, NATO-nun Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 44 nəfərdən ibarət qrupu plana uyğun olaraq, rotasiya qaydasında Bakıya qayıdıb.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 20 noyabr 2002-ci il tarixdən başlayıb.

Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 hərbi qulluqçusu, 2 hərbi həkimi və mühəndis-istehkam ixtisası üzrə 2 zabiti Əfqanıstandakı missiyada iştirak edir.

Son xəbərlər

Orphus sistemi