Yuxarı
    Bağlamaq

    Azərbaycanda xüsusi təyinatlı hərbi təhsil müəssisələrinə 2016-2017-ci tədris ili üçün ərizə qəbulu başlayır

    Qəbul iki mərhələdə aparılacaq

    Bakı. 31 mart. REPORT.AZ/ Azərbaycanda xüsusi təyinatlı hərbi təhsil müəssisələrinə ərizə qəbulu başlayır.

    Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Belə ki, aprelin 1-dən 2016-2017-ci tədris ili üçün xüsusi təyinatlı hərbi təhsil müəssisələrinə - Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə, Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsinə, Hərbi Tibbi Məktəbinə və hərbi liseylərə ərizə qəbulu başlayır.

    Qəbul iki mərhələdə aparılacaq. Birinci mərhələdə abituriyentlər həmin təhsil müəssisələrində təşkil olunan həkim komissiyalarından keçməli, sonrakı mərhələdə isə müəyyən edilən fənlərdən TQDK tərəfindən keçirilən test imtahanını verməlidir.

    Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olmaq istəyən namizədlər aprelin 1-dən etibarən ərizə ilə müəssisə rəhbərinə müraciət etməlidir.

    Qəbul qaydaları ilə bağlı daha ətraflı məlumatı Müdafiə Nazirliyinin rəsmi internet səhifəsindən (www.mod.gov.az) əldə etmək olar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi