Yuxarı
    Bağlamaq

    ​Azərbaycanda təhsil alacaq Qırğız Respublikası kursantlarının sayı artırılacaq

    Ölkənin müdafiə naziri kursantların təhsil alacağı Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində olub

    Bakı. 16 fevral. REPORT.AZ/ Azərbaycan Qırğız Respublikasından olan kursantlar üçün ayırılan kvotanın sayını artırmağa hazırlaşır.

    "Report" "kabar.kg" saytına istinadən xəbər verir ki, bu məsələ Qırğız Respublikasının müdafiə naziri Abibillah Kudayberdiyevin Azərbaycana rəsmin səfəri zamanı məlum olub.

    Xatırladaq ki, Abibillah Kudayberdiyev fevralın 10-13-də Azərbaycana rəsmi səfər edib. Səfər çərçivəsində nazir Azərbaycanın hərbi-siyasi rəhbərliyi ilə görüşlər keçirib, Qırğız Respublikası kursantlarının təhsil alacağı Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində də olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi