Azərbaycanda şəhid sərhədçilərin adları xidmət etdikləri zastavalara verilə bilər

Azərbaycanda şəhid sərhədçilərin adları xidmət etdikləri zastavalara verilə bilər Azərbaycanda şəhid sərhədçilərin adları xidmət etdikləri zastavalara verilə bilər.
Hərbi
27 İyun , 2019 18:47
Azərbaycanda şəhid sərhədçilərin adları xidmət etdikləri zastavalara verilə bilər

Azərbaycanda şəhid sərhədçilərin adları xidmət etdikləri zastavalara verilə bilər. 

"Report"un məlumatına görə, bu, Prezident İlham Əliyevin Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 12 dekabr tarixli 823 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalaması ilə mümkün olub. 

Fərmanla Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 12 dekabr tarixli 823 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 17.18-2-ci bənd əlavə edilib:

“17.18-2. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Azərbaycan Respublikası Milli Qəhrəmanlarının və dövlət sərhədinin mühafizəsi zamanı şəhid olmuş sərhədçilərin adlarını xidmət etdikləri sərhəd zastavalarına və digər sərhəd bölmələrinə verir”.

Son xəbərlər

Orphus sistemi