Azərbaycanda marşal Jukovun ordenlə təltif etdiyi kəşfiyyatçı ölüb - FOTO

Azərbaycanda marşal Jukovun ordenlə təltif etdiyi kəşfiyyatçı ölüb - FOTO Kəşfiyyatçı Miri Ağakişiyev 96 yaşında vəfat edib
Hərbi
5 May , 2017 13:36
Azərbaycanda marşal Jukovun ordenlə təltif etdiyi kəşfiyyatçı ölüb - FOTO

Mingəçevir. 5 may. REPORT.AZ/ Mingəçevir şəhərində marşal Jukovun “Qırmızı Ulduz” ordeni ilə təltif etdiyi kəşfiyyatçı ölüb.

“Report”un Şirvan bürosunun məlumatına görə, 1921-ci il təvəllüdlü Miri Ağakişiyev 96 yaşında vəfat edib.

M.Ağakişiyev Ucar rayonunun Ramal kəndində anadan olub. O, II Dünya Müharibəsində Belarusiya cəbhəsində kəşfiyyat bölüyündə xidmət edib. Daha sonra Polşa cəbhəsində uğurlu “Odra” əməliyyatı zamanı fərqlənib və marşal Jukov tərəfindən “Qırmızı Ulduz” ordeni ilə təltif edilib.

Qeyd edək ki, M.Ağakişiyev müharibədən sonra Mingəçevirdə yaşayıb və ömrünü sonuna qədər həyatını bu şəhərə bağlayıb.

Son xəbərlər

Orphus sistemi