​Azərbaycanda Koreya Respublikasının Hərbi Attaşelik aparatı təsis edilib

​Azərbaycanda Koreya Respublikasının Hərbi Attaşelik aparatı təsis edilib Bu münasibətilə hər iki dövlətin Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş keçirilib
Hərbi
7 Sentyabr , 2015 18:35
​Azərbaycanda Koreya Respublikasının Hərbi Attaşelik aparatı təsis edilib

Bakı. 7 sentyabr. REPORT.AZ/ Azərbaycanda Koreya Respublikası Silahlı Qüvvələrinin Hərbi Attaşelik aparatı təsis edilib. Bu münasibətilə sentyabrın 7-də hər iki dövlətin Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş keçirilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı regional təhlükəsizlik məsələləri, müdafiə sahəsində ikitərəfli əməkdaşlığın perspektivləri, xüsusilə təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi müzakirə edilib və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi