Yuxarı

Azərbaycanda hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciətlərinə baxılması müddəti dəyişdirilir

Hazırda qanunvericilikdə bu müddət 15 gün göstərilir

Bakı. 25 may. REPORT.AZ/ Azərbaycanda hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciətlərinə baxılması müddəti artırılır.

"Report" xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında "Hərbi qulluqçuların statusu haqqında" qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Dəyişiklik layihəsinə əsasən, hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciətlərinin daxil olduğu gündən etibarən ən geci 15 iş günü ərzində baxılması nəzərdə tutulur.

Hazırda qanunvericilikdə bu müddət 15 gün göstərilir.

Dəyişiklik layihəsi müzakirələrdən sonra parlamentin mayın 31-də keçiriləcək son plenar iclasına tövsiyə olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi