Yuxarı

​Azərbaycan X "Russia Arms Expo-2015" hərbi sərgisində iştirak edəcək

Yubiley sərgi 9-12 sentyabr tarixlərində keçiriləcək

Bakı. 07 Avqust. REPORT.AZ/ Azərbaycan hərbçiləri X "Russia Arms Expo-2015" silah, hərbi texnika və döyüş sursatları beynəlxalq sərgisində iştirak edəcəklər.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Sverdlovsk vilayətinin Sənaye, Elm və Texnologiya Nazirliyinin məlumatında bildirilir.

Məlumata görə, sərgidə hələ ki, 19 ölkənin hərbi nümayəndələri iştirak etməyi planlaşdırır. Ərizə qəbulu kampaniyasının davam etdiyi bildirilir.

Sərgiyə qatılacaq ölkələr sırasında Azərbaycanla yanaşı Fransa, Belçika, İtaliya, Finlandiya, İsveç, Macarıstan, Uruqvay, Argentina, Anqola, Belarus, Yaponiya, Koreya, Vyetnam, Monqolustan, BƏƏ, Türkiyə, Livan və Namibiyanın adı var.

Yubiley sərgi 9-12 sentyabr tarixlərində Nijnetaqil Metalların Sınağı İnstitutunun "Staratel" poliqonunda keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi