Azərbaycan və Rusiya hərbi ekspertlərinin görüşü keçirilib

Azərbaycan və Rusiya hərbi ekspertlərinin görüşü keçirilib Tədbirdə Azərbaycan və Rusiya Silahlı Qüvvələrində hərbi topoqrafiya sahəsində təcrübənin öyrənilməsi və tətbiqi barədə fikir mübadiləsi aparılıb
Hərbi
5 Oktyabr , 2017 17:50
Azərbaycan və Rusiya hərbi ekspertlərinin görüşü keçirilib

Bakı. 5 oktyabr. REPORT.AZ/ Azərbaycan və Rusiya müdafiə nazirliklərinin hərbi topoqrafiya ekspertlərindən ibarət heyətləri arasında Bakı şəhərində işçi görüşü keçirilib.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə Azərbaycan və Rusiya Silahlı Qüvvələrində hərbi topoqrafiya, geodeziya və kartoqrafiya sahəsində təcrübənin öyrənilməsi və tətbiqi barədə fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi