​Azərbaycan və Gürcüstan müdafiə nazirləri arasında görüş keçirilib

​Azərbaycan və Gürcüstan müdafiə nazirləri arasında görüş keçirilib Tərəflər regiondakı hərbi-siyasi vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar
Hərbi
2 Aprel , 2015 15:40
​Azərbaycan və Gürcüstan müdafiə nazirləri arasında görüş keçirilib

Bakı. 2 aprel. REPORT.AZ/ Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla Gürcüstanın müdafiə naziri Mindia Canelidze arasında ikitərəfli formatda görüş keçirilib.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə iki ölkə arasında aparılan danışıqların və keçirilən görüşlərin strateji əhəmiyyəti vurğulanıb, hərbi sahədə əməkdaşlığın inkişafı, təcrübə mübadiləsi və kadr hazırlığı məsələlərinə xüsusi diqqət yetirilib.

Sonra tərəflər regiondakı hərbi-siyasi vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Son xəbərlər

Orphus sistemi