Yuxarı

Azərbaycan Ukrayna ilə hərbi əməkdaşlığı genişləndirib

Azərbaycan Ukrayna ilə hərbi əməkdaşlığı genişləndirib
Əməkdaşlığın əsas hissəsini müasir silah və texnikanın ixracı təşkil edib

Bakı. 24 mart. REPORT.AZ/ Azərbaycan Ukraynanın "Xüsusi Texnologiya İxracı" xarici ticarət müəssisəsi ilə əməkdaşlığı genişləndirib.

“Report” xəbər verir ki, bu barədə müəssisənin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, şirkət 2017-ci ildə 120 milyon dollar dəyərində hərbi məhsul satıb.

Satışın əsas hissəsini tərəfdaşların tələbatına uyğun olaraq, Ukrayna istehsalı olan müasir silah və texnikaların ixracı tışkil edib.

Məlumata görə, müəssisənin xarici ticarət dövriyyəsinin yarısını Hindistana 65 milyon dollar dəyərində müdafiə məhsullarının ixracı tutub. Bundan əlavə müəssisə İndoneziya, Səudiyyə Ərəbistanı, Küveyt, Misir, Azərbaycan, Türkiyə və Gürcüstan kimi ölkələrlə əməkdaşlığı fəallaşdırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi