Azərbaycan "TURAZ Şahini təlimləri"nə dəstək verəcək

Azərbaycan "TURAZ Şahini təlimləri"nə dəstək verəcək Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb
Hərbi
24 Dekabr , 2015 18:25
Azərbaycan TURAZ Şahini təlimlərinə dəstək verəcək

Bakı. 24 dekabr. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycanla Türkiyə arasında "TURAZ Şahini təlimləri" üçün sahib ölkə dəstəyinə dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında fərman imzalayıb. 

"Report" xəbər verir ki, fərmanla iki ölkə arasında 2015-ci il avqustun 14-də Bakı şəhərində və sentyabrın 18-də Ankara şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilməlidir.

Azərbaycanın Müdafiə Nazirliyi bu fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycanın Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə hökumətinə bildiriş göndərməlidir. 

Son xəbərlər

Orphus sistemi