Azərbaycan tankçıları "Tank biatlonu" müsabiqəsində öz qruplarında birinci olublar

Azərbaycan tankçıları "Tank biatlonu" müsabiqəsində öz qruplarında birinci olublar Bakı. 28 iyul. REPORT.AZ/ Bu gün Beynəlxalq Ordu Oyunları - 2018 yarışları çərçivəsində Tank biatlonu müsabiqəsinə start verilib.
Hərbi
28 İyul , 2018 18:24
Azərbaycan tankçıları Tank biatlonu müsabiqəsində öz qruplarında birinci olublar

Bakı. 28 iyul. REPORT.AZ/ Bu gün "Beynəlxalq Ordu Oyunları - 2018" yarışları çərçivəsində "Tank biatlonu" müsabiqəsinə start verilib.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Yarışların ilk günündə Azərbaycan tankçıları qruplarında yer aldıqları Zimbabve, Hindistan və Cənubi Afrika Respublikasından olan tank heyətləri ilə güclərini sınayıblar.

Azərbaycan tankçıları müsabiqənin şərtlərinə əsasən şərti hədəfləri sərrast atəşlə məhv edərək, marşrut üzrə müəyyən edilmiş məsafəni qısa müddətdə qət ediblər.

Beləliklə, yarışların ilk günü tank heyətlərimiz rəqiblərini xal hesabında xeyli geridə qoyaraq qrupda birinci olublar.

Qeyd edək ki, bu il 23 ölkədən tank heyətləri “Tank biatlonu” müsabiqəsində iştirak edir.

Son xəbərlər

Orphus sistemi