Yuxarı

Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb

Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb
Növbəti qrupa Silahlı Qüvvələrin 41 hərbi qulluqçusu daxildir

Bakı. 11 yanvar. REPORT.AZ/ NATO-nun Əfqanıstanda həyata keçirdiyi "Qətiyyətli dəstək" qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərmək üçün Azərbaycan Silahlı Qüvvələrinin 41 hərbi qulluqçusu plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb.

Bu barədə “Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.
Hazırda Azərbaycanın 90 hərbi qulluqçusu, 2 hərbi həkimi və mühəndis-istehkam ixtisası üzrə 2 zabiti Əfqanıstandakı missiyada iştirak edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi