Yuxarı

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək

Məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb

Bakı. 8 noyabr. REPORT.AZ/ Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək. Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Belə ki, noyabrın 10-dan 14-dək Oberammerqau şəhərində (Almaniya) Silahlara nəzarət - Vyana sənədinə uyğunluq və verifikasiya üzrə kurs, Vışkov şəhərində (Çexiya) “Kimyəvi, Bioloji, Reaktiv, Nüvə hadisələri nəticəsində əmələ gəlmiş böhranların idarə edilməsi” kursu, Kungsangen şəhərində (İsveç) Təcrübələrin öyrənilməsi üzrə NATO qərargah zabitləri üçün kurs, noyabrın 10-dan 21-dək isə Ankara şəhərində (Türkiyə) “Silahlı Münaqişə Hüququ” kursu keçiriləcək.

Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi