Azərbaycan ​Silahlı Qüvvələrinin yanacaq xidməti rəislərinin cəbhə bölgəsində toplantısı keçirilib

Azərbaycan ​Silahlı Qüvvələrinin yanacaq xidməti rəislərinin cəbhə bölgəsində toplantısı keçirilib Müdafiə Nazirliyinin zabiti polkovnik Hüseyn Vəliyev orduda həyata keçirilən islahatların xalq tərəfindən rəğbətlə qarşılandığını diqqətə çatdırıb
Hərbi
24 Dekabr , 2014 20:48
Azərbaycan ​Silahlı Qüvvələrinin yanacaq xidməti rəislərinin cəbhə bölgəsində toplantısı keçirilib

Bakı. 24 dekabr. REPORT.AZ/ Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, Silahlı Qüvvələrin birlik, birləşmə və əlahiddə hərbi bölmələrinin yanacaq xidməti rəisləri ilə cəbhə bölgəsində 2014-cü ilin yekunlarına həsr olunmuş toplantı keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbirdən əvvəl ümummilli lider Heydər Əliyevin və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi yad edilib.

Toplantıda Müdafiə Nazirliyinin zabiti polkovnik Hüseyn Vəliyev orduda həyata keçirilən islahatların xalq tərəfindən rəğbətlə qarşılandığını diqqətə çatdırıb. Bildirilib ki, ordu rəhbərliyi tərəfindən Silahlı Qüvvələrin maddi-texniki bazasının yenilənməsinə xüsusi önəm verilir.

Silahlı Qüvvələrin yanacaq-sürtkü materialları, müasir texnika və digər avadanlıqlarla təchiz olunması istiqamətində görülən işləri şərh edən zabit H.Vəliyev yeni səhra yanacaqdoldurma məntəqələrinin, müasir tələblərə cavab verən yanacaq anbarlarının tikilib istifadəyə verilməsinin planlaşdırıldığını və bu fəaliyyətlərin davam etdiyini xüsusi vurğulayıb.

Sonra texniki vasitələrin istismarı, saxlanılması, yeni kart sisteminə keçid və digər yeniliklər barədə ətraflı məlumat verilib, müdafiə nazirinin tapşırığına əsasən ordunun bu sahədə gücləndirilməsi istiqamətində qarşıda duran vəzifələr şəxsi heyətin diqqətinə çatdırılıb.

Son xəbərlər

Orphus sistemi