​Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir

​Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir İtaliya, Fransa, Almaniya və Gürcüstanda tədbirlər keçirilir
Hərbi
20 İyun , 2016 10:39
​Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir

Bakı. 20 iyun. REPORT.AZ/ Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir.

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, iyunun 20-dən 24-dək Latina şəhərində (İtaliya Respublikası) effektiv görüntülü icra və nəzarət modulu üzrə icraedici kursu və NATO-nun kommunikasiya və informasiya sistemləri mövzusunda kurs, iyunun 20-dən 25-dək Tulon şəhərində (Fransa Respublikası) NATO-nun "MAREVAL" kursunda zabit-təlimatçı qismində iştirak, iyunun 20-dən 30-dək Gelzenkirxen şəhərində (Almaniya Federativ Respublikası) Vyana-11 sənədi üzrə beynəlxalq kurs, iyunun 20-dən iyulun 1-dək isə Tbilisi şəhərində (Gürcüstan) geniş təhlükəsizlik kontekstində müdafiənin idarə olunması kursu keçirilir.

Son xəbərlər

Orphus sistemi