Azərbaycan Silahlı Qüvvələrində "Açıq qapı" günü başa çatıb

Azərbaycan Silahlı Qüvvələrində "Açıq qapı" günü başa çatıb "Açıq qapı" günündə valideynlərlə təşkil olunan görüşdə onları maraqlandıran məsələlərin müzakirəsi aparılıb
Hərbi
30 Dekabr , 2016 19:33
Azərbaycan Silahlı Qüvvələrində Açıq qapı günü başa çatıb

Bakı. 30 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycanın Silahlı Qüvvələrində keçirilən "Açıq qapı" günü başa çatıb.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təşkil olunan ənənəvi tədbirdə ziyarətçilər, ictimaiyyət, kütləvi informasiya vasitələrinin nümayəndələri hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti, nümayişi etdirilən döyüş texnikaları və silahlarla yaxından tanış olaraq, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalarına baş çəkiblər.

Silahlı Qüvvələrin bütün rəhbər heyətinin iştirakı ilə keçirilən "Açıq qapı" günündə valideynlərlə təşkil olunan görüşdə onları maraqlandıran məsələlərin müzakirəsi aparılıb.

Son xəbərlər

Orphus sistemi