Azərbaycan Silahlı Qüvvələrinin motoatıcı taborunun NATO qiymətləndirməsi üzrə təlimi başlayıb

Azərbaycan Silahlı Qüvvələrinin motoatıcı taborunun NATO qiymətləndirməsi üzrə təlimi başlayıb Təlimləri NATO-nun Quru Qoşunları Komandanlığını təmsil edən Müşahidə Heyəti izləyir
Hərbi
31 May , 2017 12:58
Azərbaycan Silahlı Qüvvələrinin motoatıcı taborunun NATO qiymətləndirməsi üzrə təlimi başlayıb
Mod.gov.az

Bakı. 31 may. REPORT.AZ/ Bakı şəhərində Azərbaycan Respublikasının Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində ƏİK Ortaq Qüvvələr Birliyinə bəyan etdiyi motoatıcı taborunun növbəti dəfə 2-ci səviyyəli NATO qiymətləndirmə təlimi başlayıb.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, Azərbaycan ƏİK taboru 2014-cü ildə 2-ci səviyyəli NATO qiymətləndirmə təlimini müvəffəqiyyətlə keçib və NATO-nun “Döyüşə hazır” sertifikatını alıb. Hazırda seritifikatın təsdiq edilməsi məqsədilə Qaraheybət Təlim Mərkəzində keçirilən səhra təliminə Silahlı Qüvvələrin 700 nəfərə yaxın şəxsi heyəti, 80-dək hərbi texnikası və 4 helikopteri cəlb olunub.
Taborun qiymətləndirilməsi çoxmillətli qiymətləndirmə heyəti tərəfindən həyata keçirilir və NATO-nun Quru Qoşunları Komandanlığını təmsil edən Müşahidə Heyəti tərəfindən müşahidə olunur.
Təlim iyunun 2-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi