Yuxarı
    Bağlamaq

    Azərbaycan Prezidenti DSX-nın hərbi qulluqçularına ali hərbi rütbələr verib

    Dövlət başçısı bununla bağlı sərəncam imzalayıb

    Bakı. 16 avqust. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. 

    "Report" xəbər verir ki, sərəncana əsasən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları general-mayor İsmayıl Bayram oğlu Əkbərova və general-mayor İlham İsmayıl oğlu Mehdiyevə general-leytenant ali hərbi rütbəsi, polkovnik Elşən Ələkbər oğlu Verdiyevə isə general-mayor ali hərbi rütbəsi verilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi