​Azərbaycan pilotları Rusiyada keçiriləcək beynəlxalq müsabiqədə iştirak edəcək

​Azərbaycan pilotları Rusiyada keçiriləcək beynəlxalq müsabiqədə iştirak edəcək Müsabiqə iyulun sonu – avqustun əvvəlində təşkil olunacaq
Hərbi
6 İyun , 2016 08:14
​Azərbaycan pilotları Rusiyada keçiriləcək beynəlxalq müsabiqədə iştirak edəcək

Bakı. 6 iyun. REPORT.AZ/ Azərbaycan təyyarəçiləri Rusiyanın Ryazan vilayətində keçiriləcək "Aviadarts" müsabiqəsinin beynəlxalq mərhələsində iştirak edəcəklər.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Hava-Kosmik Qüvvələrinin baş komandanı, general-polkovnik Viktor Bondaryev bildirib.

Onun sözlərinə görə, müsabiqə iyulun sonu – avqustun əvvəlində təşkil olunacaq.

"Təyyarəçilər ciddi hazırlaşmalıdırlar. Müsabiqədə Çin, Belarus, Azərbaycan və digər ölkələrdən təyyarəçilər iştirak edəcəklər", – deyə general-polkovnik bildirib.

Son xəbərlər

Orphus sistemi