Yuxarı

Azərbaycan ordusunun tank birləşmələrinin təlimləri keçirilir - VİDEO

Təlimlər gələcək döyüş fəaliyyətlərinə hazırlığı yoxlamaq məqsədi daşıyır

Bakı. 28 may. REPORT.AZ/ Azərbaycan Silahlı Qüvvələrinin tank birləşmələrinin təlimləri keçirilir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, gələcək döyüş fəaliyyətlərinə hazırlıq məqsədilə keçirilən təlimlərdə tank birləşmələri bölmələrinin idarə ediməsi, manevr və atəş imkanları yoxlanılır.

Dağlıq və düzənlik ərazidə keçirilən təlimlərə çoxlu sayda tank və canlı qüvvə cəlb olunub. Tank birləşmələri onlara verilən döyüş tapşırığını yerinə yetiriblər. Birləşmələr əvvəlcədən müəyyənləşdirilən əraziyə çatıb mövqe tutduqdan sonra hədəfə atəş açıblar. 

Təlimlərə Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri rəhbərlik edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi