Azərbaycan ordusunun komanda-qərargah hərb oyunları davam edir

Azərbaycan ordusunun komanda-qərargah hərb oyunları davam edir Bakı. 13 noyabr. REPORT.AZ/ Azərbaycan ordusunun hazırlıq planına əsasən keçirilən komanda-qərargah hərb oyunları davam edir.
Hərbi
13 Noyabr , 2018 12:27
Azərbaycan ordusunun komanda-qərargah hərb oyunları davam edir

Bakı. 13 noyabr. REPORT.AZ/ Azərbaycan ordusunun hazırlıq planına əsasən keçirilən komanda-qərargah hərb oyunları davam edir.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Döyüşü idarəetmə mərkəzində keçirilən növbəti toplantıda tapşırıqlar dəqiqləşdirilib və taktiki müdaxilələr üzrə fəaliyyətlər icra olunub.

Birbaşa videobağlantı vasitəsilə birlik və birləşmələrin vəzifəli şəxslərinin tapşırıqlqarın icrası ilə bağlı məruzələri dinlənilib və onlara yeni tapşırıqlar çatdırılıb.

Son xəbərlər

Orphus sistemi