Azərbaycan Ordusunun kimya bölmələri taktiki-xüsusi təlim keçirib - VİDEO

Azərbaycan Ordusunun kimya bölmələri taktiki-xüsusi təlim keçirib - VİDEO Kimya Qoşunlarının hərbi hissəsində hücum əməliyyatında taborun fəaliyyəti mövzusunda taktiki-xüsusi təlim keçirilib.
Hərbi
14 İyun , 2019 17:21
Azərbaycan Ordusunun kimya bölmələri taktiki-xüsusi təlim keçirib - VİDEO

Kimya Qoşunlarının hərbi hissəsində hücum əməliyyatında taborun fəaliyyəti mövzusunda taktiki-xüsusi təlim keçirilib.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, təlimin əsas məqsədi kimya təminatı bölmələrinin uzlaşmış fəaliyyətini, eləcə də tapşırıqların icrası zamanı şəxsi heyətin praktiki vərdiş və bacarıqlarını, həmçinin mənəvi-psixoloji dözümlüyünü artırmaqdan ibarət olub.

Təlim zamanı bölmələr kimyəvi kəşfiyyatı yerinə yetirməklə zəhərləyici maddələrin növünü, zəhərli ərazinin sərhədlərini təyin edib və digər tapşırıqları icra ediblər.

Keçirilən taktiki-xüsusi təlim zamanı şəxsi heyət yüksək döyüş qabiliyyəti nümayiş etdirib.

Son xəbərlər

Orphus sistemi