Azərbaycan ordusunun genişmiqyaslı təlimlərində qoşunlar döyüş tapşırıqlarını icra edir - VİDEO

Azərbaycan ordusunun genişmiqyaslı təlimlərində qoşunlar döyüş tapşırıqlarını icra edir - VİDEO Şəxsi heyətin və hərbi texnikanın bütün hərəkəti komendant xidməti tərəfindən tənzimlənir
Hərbi
20 İyun , 2017 11:40
Azərbaycan ordusunun genişmiqyaslı təlimlərində qoşunlar döyüş tapşırıqlarını icra edir - VİDEO
Mod.gov.az

Bakı. 20 iyun. REPORT.AZ/ Genişmiqyaslı təlimlərin planına əsasən həyəcan siqnalı ilə qaldırılan qoşunlar və komanda idarəetmə məntəqələri əməliyyat təyinatı rayonları istiqamətində hərəkət edirlər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qoşunların idarə edilməsi tələblərə uyğun olaraq gizli və operativ həyata keçirilir.
Şəxsi heyətin və hərbi texnikanın bütün hərəkəti komendant xidməti tərəfindən tənzimlənir.
Təlimin hazırkı mərhələsinin şərtlərinə uyğun olaraq qoşunlar nəzərdə tutulan tədbirləri icra edirlər.

Son xəbərlər

Orphus sistemi