Azərbaycan Ordusunun “Ən yaxşı topoqraf”ı müəyyənləşib - VİDEO

Azərbaycan Ordusunun “Ən yaxşı topoqraf”ı müəyyənləşib - VİDEO 2019-cu ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun topogeodeziya ixtisaslı zabitləri arasında “Ən yaxşı topoqraf” adı uğrunda yarış keçirilib.
Hərbi
13 İyun , 2019 15:42
Azərbaycan Ordusunun “Ən yaxşı topoqraf”ı müəyyənləşib - VİDEO

2019-cu ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun topogeodeziya ixtisaslı zabitləri arasında “Ən yaxşı topoqraf” adı uğrunda yarış keçirilib.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, yarış zamanı iştirakçılar ərazidə səmtləşmə, Qlobal Mövqetəyinetmə Sistemi (GPS) qurğusu vasitəsilə dayanma nöqtəsinin koordinatlarının təyini, müasir proqram təminatından istifadə edilməsi və fiziki hazırlıq üzrə bacarıqlarını nümayiş etdiriblər.

Üç gün davam edən yarışda iştirakçıların praktiki bacarıqları ilə yanaşı, nəzəri bilikləri də test üsulu ilə yoxlanılıb.
Sonda ümumi nəticəyə görə qaliblər müəyyən olunub.

Son xəbərlər

Orphus sistemi