Yuxarı

Azərbaycan Ordusunun ən yaxşı aşpazı müəyyənləşib - VİDEO

Azərbaycan Ordusunun ən yaxşı aşpazı müəyyənləşib

Müdafiə Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinin 2019-cu il üçün hazırlıq planına əsasən, Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində çalışan hərbi aşpazların nəzəri bilik və praktiki bacarıq səviyyələrini yoxlamaq üçün “Ən yaxşı hərbi aşpaz” adı uğrunda yarış keçirilib.

Nazirlikdən "Report"a verilən məlumata görə, yarışlar bölmələrdə xidmət edən aşpazların praktiki təcrübələrinin təkmilləşdirilməsi, yeməkxanaların nümunəvi vəziyyətdə saxlanılması, yeməklərin keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədi ilə keçirilib.

Üç mərhələdə keçirilən yarış vaxtı qidanın düzgün hazırlanmasına, ərzaq məhsullarının emalı zamanı əmələ gələn tullantıların normalarına, texnoloji avadanlıqlardan düzgün istifadə edilməsinə, xüsusi geyimin təmizliyinə, sanitariya-gigiyena tələblərinə ciddi riayət edilməsinə və digər amillərə xüsusi diqqət yetirilib.

“Ən yaxşı hərbi aşpaz” adı uğrunda keçirilən yarışın yekununda qaliblər müəyyən edilərək mükafatlandırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi