Azərbaycan Müdafiə Nazirliyi xarici dövlətlərin ölkədəki hərbi attaşeləri ilə ilin yekunlarına dair toplantı keçirib

Azərbaycan Müdafiə Nazirliyi xarici dövlətlərin ölkədəki hərbi attaşeləri ilə ilin yekunlarına dair toplantı keçirib Polkovnik-leytenant Murad Zeynalov regionda təhlükəsiz mühitin formalaşdırılmasını təhdid edən amilləri qonaqların diqqətinə çatdırıb
Hərbi
9 Dekabr , 2014 20:56
Azərbaycan Müdafiə Nazirliyi xarici dövlətlərin ölkədəki hərbi attaşeləri ilə ilin yekunlarına dair toplantı keçirib
Bakı. 9 dekabr. REPORT.AZ/ Bu gün Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində xarici dövlətlərin Azərbaycanda akkreditə olunmuş hərbi attaşeləri ilə ilin yekunlarına dair toplantı keçirilib.

"Report"un Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov toplantını açaraq "Müdafiə islahatları" mövzusunda məruzə ilə çıxış edib. O, çıxışında milli təhlükəsizlik siyasətinin həyata keçirilməsi ilə bağlı fikir və mülahizələrini bildirib.

Görüşdə "Uzadılmış münaqişə və regional təhlükəsizlik" mövzusunda məruzə ilə çıxış edən polkovnik-leytenant Murad Zeynalov regionda təhlükəsiz mühitin formalaşdırılmasını təhdid edən amilləri və münaqişənin həlli yollarını qonaqların diqqətinə çatdırıb.

Toplantının sonunda hərbi attaşeləri maraqlandıran suallara aydınlıq gətirilib.

Son xəbərlər

Orphus sistemi