Yuxarı

Azərbaycan müdafiə nazirinin İspaniyaya səfəri başlayıb

Səfər çərçivəsində İspaniyanın müdafiə və xarici işlər nazirləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub

Bakı. 24 may. REPORT.AZ/ Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin mayın 24-də İspaniya Krallığına rəsmi səfəri başlayıb.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, səfər çərçivəsində İspaniyanın müdafiə və xarici işlər nazirləri ilə görüşlərin keçirilməsi, eləcə də hərbi hissə və hərbi sənaye kompleksinə daxil olan şirkətlərin ziyarət olunması nəzərdə tutulub.

Səfər mayın 26-dək davam edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi