Azərbaycan müdafiə naziri NATO-nun toplantısında iştirak edəcək

Azərbaycan müdafiə naziri NATO-nun toplantısında iştirak edəcək Zakir Həsənov Belçikaya yola düşüb
Hərbi
28 İyun , 2017 11:39
Azərbaycan müdafiə naziri NATO-nun toplantısında iştirak edəcək

Bakı. 28 iyun. REPORT.AZ/ Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənov Belçikaya yola düşüb. 

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. 

Zakir Həsənov iyunun 29-da Brüssel şəhərində Əfqanıstan İslam Respublikasında həyata keçirilən NATO-nun Qətiyyətli Dəstək missiyasına töhfə verən dövlətlərin müdafiə nazirləri səviyyəsində keçiriləcək görüşündə iştirak edəcək. 

Son xəbərlər

Orphus sistemi