Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Göyərtə qrupu NATO standartlarına uyğunlaşdırılıb - VİDEO

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Göyərtə qrupu NATO standartlarına uyğunlaşdırılıb - VİDEO Bakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Proqramı çərçivəsində Hərbi Dəniz Qüvvələrinin Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş Göyərtə qrupunun “Dənizdə qadağa əməliyyatları” üzrə NATO standartlarına uyğun 2-ci səviyyəli özünüqiymətləndirməsi (SEL-2) keçirilib.
Hərbi
8 İyun , 2019 13:22
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Göyərtə qrupu NATO standartlarına uyğunlaşdırılıb - VİDEO

Bakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Proqramı çərçivəsində Hərbi Dəniz Qüvvələrinin Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş Göyərtə qrupunun “Dənizdə qadağa əməliyyatları” üzrə NATO standartlarına uyğun 2-ci səviyyəli özünüqiymətləndirməsi (SEL-2) keçirilib.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib. 

NATO-nun Nortvud Hərbi Dəniz Qərargahının nümayəndələrinin müşahidəsi ilə icra edilən SEL-2-in əsas məqsədi Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş Göyərtə qrupunun fəaliyyətinin və təchizatının Şimali Atlantika Alyansının standartlarına uyğunluğunu yoxlamaqdan ibarətdir. Keçirilən təlim eyni zamanda 2020-ci ildə 2-ci səviyyəli NATO qiymətləndirməsinə hazırlıq məqsədini daşıyır.

Son xəbərlər

Orphus sistemi