Azərbaycan hərbçiləri NATO-nun Gürcüstandakı qış dağ hazırlığı kursunda iştirak edirlər

Azərbaycan hərbçiləri NATO-nun Gürcüstandakı qış dağ hazırlığı kursunda iştirak edirlər Tbilisi. 1 mart. REPORT.AZ/ Gürcüstanın Bakuriani qəsəbəsində NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində qış dağ hazırlığı kursu keçirilir.
Hərbi
1 Mart , 2019 20:47
Azərbaycan hərbçiləri NATO-nun Gürcüstandakı qış dağ hazırlığı kursunda iştirak edirlər

Tbilisi. 1 mart. REPORT.AZ/ Gürcüstanın Bakuriani qəsəbəsində NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində qış dağ hazırlığı kursu keçirilir.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Kursda Gürcüstanla yanaşı, Azərbaycan, ABŞ, Latviya, Estoniya, Belarus, Ermənistan və Ukraynadan olan, ümumilikdə, 33 hərbçi iştirak edir.

Dağ hazırlığı kursunda polkovnik Besik Kutateladze adına Saçxere Dağ Hazırlığı Məktəbinin təlimçiləri hərbçilərin xizəklərlə hərəkət, axtarış işləri, qar uçqununa düşmüş şəxslərin təxliyyəsi və sığınacağın qurulması üzrə biliklərini artırırlar.

Kurs 3 həftə davam edəcək və sonda iştirakçılar sertifikat və xüsusi nişanlarla təltif olunacaqlar.

Son xəbərlər

Orphus sistemi