Yuxarı

​Azərbaycan hərbçiləri beynəlxalq tədbirlərdə iştirak edəcək

Silahlı Qüvvələrimizin nümayəndələri Almaniya, Türkiyə və Serbiyada olacaqlar

Bakı. 7 mart. REPORT.AZ/ Martın 9-dan 13-dək Hohenfels şəhərində (Almaniya) Kombayn Rezolv-4 təliminin yekun planlaşdırma konfransı, martın 9-dan 20-dək İzmir şəhərində (Türkiyə) hava sahəsinə nəzarət və idarəetmə kursu, martın 10-dan 11-dək İstanbul şəhərində (Türkiyə) hərbi və təhlükəsizlik tədqiqatları üzrə beynəlxalq simpozium, martın 10-dan 19-dək Qarmiş-Partenkirxen şəhərində (Almaniya) ingilis dili fakültəsinin inkişafı mözusunda işçi görüşü, martın 11-dən 13-dək Belqrad şəhərində (Serbiya) əməliyyat imkanları konsepsiyası, qiymətləndirmə və analiz proqramının məlumat bazası üzrə təlim kursu keçiriləcək.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi