​Azərbaycan, Gürcüstan və Türkiyənin iştirakı ilə “Eternity-2015” Komanda Qərargah təlimi keçiriləcək

​Azərbaycan, Gürcüstan və Türkiyənin iştirakı ilə “Eternity-2015” Komanda Qərargah təlimi keçiriləcək Azərbaycan, Türkiyə və Gürcüstan Silahlı Qüvvələrinin əməkdaşlıq fəaliyyətlərinin əlaqələndirilməsi üzrə Koordinasiya Qrupunun toplantısı da olacaq
Hərbi
3 Oktyabr , 2015 12:57
​Azərbaycan, Gürcüstan və Türkiyənin iştirakı ilə “Eternity-2015” Komanda Qərargah təlimi keçiriləcək

Bakı. 3 oktyabr. REPORT.AZ/ Oktyabrın 4-dən 9-dək Helsinki şəhərində (Finlandiya) Beynəlxalq Dil Koordinasiyası bürosunun “Peşəkarlıq səviyyəsinin artırılması” mövzusunda seminar, oktyabrın 5-dən 9-dək Ankara şəhərində (Türkiyə) Azərbaycan, Gürcüstan və Türkiyənin iştirakı ilə “Eternity-2015” Komanda Qərargah təlimi, oktyabrın 5-dən noyabrın 27-dək Buxarest şəhərində (Rumıniya) intensiv ingilis dili kursu, oktyabrın 6-dan noyabrın 8-dək Tbilisi şəhərində (Gürcüstan) Azərbaycan, Türkiyə və Gürcüstan Silahlı Qüvvələrinin üçtərəfli əməkdaşlıq fəaliyyətlərinin əlaqələndirilməsi üzrə Koordinasiya Qrupunun toplantısı keçiriləcək.

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

Son xəbərlər

Orphus sistemi