Yuxarı

​Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin Tbilisidə üçtərəfli görüşü keçiriləcək

Zakir Həsənov görüşdə iştirak etmək üçün Gürcüstana yola düşüb

Bakı. 1 aprel. REPORT.AZ/ Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin aprelin 2-də keçiriləcək üçtərəfli görüşündə iştirak etmək üçün Tbilisi şəhərinə yola düşüb.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, müdafiə nazirlərinin əvvəlcə üçtərəfli, sonra isə ikitərəfli formatda görüşləri nəzərdə tutulub.

Üçtərəfli formatda keçirilən növbəti görüşdə müdafiə sahəsində həyata keçirilən birgə əməkdaşlığın gedişatı nəzərdən keçiriləcək, regional təhlükəsizlik məsələləri, bölgədə sülhün, sabitliyin və iqtisadi inkişafın təmin edilməsi istiqamətində fəaliyyətlər, o cümlədən qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə ediləcəkdir.

Danışıqlardan sonra kütləvi informasiya vasitələri nümayəndələri üçün brifinq keçirilməsi və üçtərəfli görüşün yekunları barədə medianın məlumatlandırılması planlaşdırılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi