Yuxarı

Azərbaycan Beynəlxalq Ordu Oyunlarını keçirməyə hazırlaşır

​Azərbaycan Beynəlxalq Ordu Oyunlarını keçirməyə hazırlaşır

Rusiyanın Moskva vilayətinin Kubinka şəhərində yerləşən "Patriot" Konqres-Sərgi Mərkəzində "Beynəlxalq Ordu Oyunları-2019"a hazırlıqlara dair yekun planlaşdırma konfransı keçirilib.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, tədbir zamanı 35 ölkədən, təxminən, 200 iştirakçı Oyunların keçiriləcəyi 10 ölkənin Silahlı Qüvvələrinin nümayəndələri tərəfindən komandaların gəliş ardıcıllığı və vaxtları, iştirakçıların yerləşdirmə, qidalanma yerləri və şərtləri, müsabiqənin hər mərhələsinin keçirilmə vaxtı s. barədə geniş məlumatlandırılıb.

Qeyd olunur ki, bu il Oyunlara 34 dövlət 216 komanda göndərəcək. Bu, 189 komandanın 32 ölkəni təmsil etdiyi ötən illə müqayisədə xeyli çoxdur.

Rusiya və Oyunların həmtəşkilatçısı olan digər dövlətlərin (Azərbaycan, Belarus, Ermənistan, Hindistan, İran, Qazaxıstan, Çin, Monqolustan, Özbəkistan) hər birinin nümayəndələri konfransda xarici komandaların ölkələrinə gəliş qaydası və müddəti (nə vaxt və hansı növ nəqliyyat vasitəsi ilə), müsabiqənin bütün növlərinin təşkil edilməsi, yarışmanın şərtlərinə edilmiş bir sıra dəyişikliklər barədə danışıblar.

Konfrans çərçivəsində həmçinin Rusiya və digər həmtəşkilatçı ölkələrin nümayəndələrinin iştirakı ilə Beynəlxalq Təşkilat Komitəsi Şurasının iclası keçirilib. İclas iştirakçıları müsabiqələr üçün ölkələrində ayrılmış yerlərlə tanışlıq və kəşfiyyat üçün ayrılan tarixləri açıqlayıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi