Yuxarı

Azərbaycanda hərbi xidmətə çağırış başlayıb

Müddətli həqiqi hərbi xidməti başa vuranlar ehtiyata buraxılacaq

Bakı. 1 oktyabr. REPORT.AZ/  Azərbaycan prezidentinin müvafiq sərəncamına uyğun olaraq bu gündən ölkədə növbəti həqiqi hərbi xidmətə çağırış başlayıb. "Report" xəbər verir ki, bir ay davam edəcək çağırış prosesində minlərlə gənc hərbi əsgəri xidmətə yollanacaq.

Sərəncama əsasən, 1996-cı il təvəllüdlü və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olan, habelə 1979-1995-ci illərdə doğulan, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan qanunvericiliyinə uyğun olaraq yaradılan başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmət keçməyən, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən  Azərbaycan vətəndaşları 2014-cü il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Sərəncama uyğun olaraq, xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları bu gündən oktyabrın 30-dək ehtiyata buraxılacaqlar.
Qeyd edək ki, prezident İlham Əliyev sentyabrın 10-da Azərbaycan vətəndaşlarının 2014-cü il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi