Yuxarı
    Bağlamaq

    Azərbaycan prezidenti Türkiyənin müdafiə nazirilə keçiriləcək birgə təlimləri müzakirə edib

    İsmet Yılmazın səfərinin bu sahədə əməkdaşlığın daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə əminlik vurğulanıb

    Bakı. 11 sentyabr. REPORT.AZ/ Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin müdafiə naziri İsmet Yılmazın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

    Report xəbər verir ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif istiqamətlərdə, o cümlədən hərbi və hərbi-texniki əməkdaşlıq sahəsində uğurla inkişaf etdiyi bildirilib, keçirilməsi nəzərdə tutulan birgə hərbi təlimlərin Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında əlaqələrin genişləndirilməsi baxımından önəmi qeyd olunub, Türkiyə Respublikasının müdafiə naziri İsmet Yılmazın səfərinin bu sahədə əməkdaşlığın daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə əminlik vurğulanıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi