Yuxarı

Azərbaycan "Gürzə-2" zirehli avtomobilini təqdim edib - FOTO

Zirehli patrul maşını ilk dəfə ADEX-2014 sərgisində nümayiş olunub

Bakı. 12 sentyabr. REPORT.AZ/ Bakıda keçirilən "ADEX-2014" müdafiə sənayesi sərgisində ilk dəfə olaraq Azərbaycanın "Gürzə-2" zirehli patrul avtomobili nümayiş olunub. Report-un verdiyi xəbərə görə, "Toyota Hilux 12" pikapının bazasında istehsal olunan və 2012-ci ilin sonlarında təqdim olunan "Gürzə"nin inkişaf etdirilmiş modelidir. Əvvəlki modelindən fərqli olaraq Gürzə-2 uzaqdan idarə olunan pulemyot tureli, "gecə görmə" cihazı ilə təchiz olunub və avtomobilin mühərriki zirehlə müdafiə edilib.

Sərgi stendindəki məlumata görə, "Gürzə-2" zirehli patrul avtomobili  -32-dərəcədən +55-dərəcəyədək temperaturda istismar üçün yararlıdır. Turel saniyədə 60 dərəcə olmaqla 360 dərəcə bucaq altında fırlanır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi