Yuxarı
    Bağlamaq

    Azərbaycanın müdafiə naziri təlimlərə cəlb edilən ehtiyatdan çağırılmış hərbi vəzifəlilərlə görüşüb - FOTOSESSİYA

    Təlimlər sentyabrın 20-dək davam edəcək

    Bakı. 16 sentyabr. REPORT.AZ/ Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov təlimlərə cəlb edilən ehtiyatdan çağırılmış hərbi vəzifəlilərlə görüşüb.

    Bu barədə Report-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Müdafiə naziri ehtiyatdan çağırılan şəxsi heyətə təlim toplanışında mütəşəkkil qaydada iştirak etdiklərinə görə təşəkkür edib.

    Nazir bilidirib ki, onlar bu təlimlərdə iştirak etməklə döyüş qabiliyətlərini, hərbi ixtisaslarını və təcrübələrini təkmilləşdirmək, silahlanmada olan yeni, müasir və modernləşdirilmiş silah və hərbi texnikanın nümunələri ilə yaxından tanış olmaq, onun düzgün istifadəsi və istismarı qaydalarını bilmək imkanı əldə ediblər.

    Müdafiə naziri keçirilən təlimlərin Azərbaycan prezidenti İlham Əliyevin tələb və tapşıpıqlarına əsasən yüksək səviyyədə təşkil edilərək keçirildiyini bir daha diqqətə çatdırıb.

    Sonra Z.Həsənov şəxsi heyətin vəziyyəti, yeməkxana, yataq, tibb xidmətinin təşkili, mobil hamam-camaşırxana və digər məişət şəraiti ilə tanış olub, eyni zamanda onların təlimlərdə iştirakı, silah və hərbi texnikadan istifadə etmə bacarıqları ilə maraqlanaraq döyüş atışlarının yerinə yetirilməsi, mənəvi-psixoloji hazırlıq və döyüş uzlaşması üzrə məsələlərə diqqətin daha da artırılmasını xüsusi vurğulayıb.

    Qeyd edək ki, təlimlər sentyabrın 20-dək davam edəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi