ANAMA cəbhəyanı rayonlarda partlamamış hərbi sursat aşkarlayıb

ANAMA cəbhəyanı rayonlarda partlamamış hərbi sursat aşkarlayıb Agentlik bu gün 7 ev və həyətyanı sahə, 3 əkin sahəsi, 16 partlayış yerinə baxış keçirib
Hərbi
3 İyun , 2016 19:59
ANAMA cəbhəyanı rayonlarda partlamamış hərbi sursat aşkarlayıb

Bakı. 3 iyun. REPORT.AZ/ Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) iyunun 3-də Füzuli, Ağdam, Tərtər və Samux rayonlarında aşkar olunan Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabat yayıb.

“Report”a ANAMA-dan bildirilib ki, bu gün 7 ev və həyətyanı sahə, 3 əkin sahəsi, 16 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (1 ədəd Qrad raketinin mühərrik hissəsi) aşkar olunaraq götürülüb və gün ərzində 44 610 kv. m ərazi təmizlənib.

Tərtər rayonu

Şıxarx kəndi - 4 ev və həyətyanı sahədə 6 partlayış yerinə baxış keçirilib, nəticə olaraq 34 000 kv.m ərazi yoxlanılıb.

Cəmilli kəndi - 1 ev və həyətyanı sahədə 4 partlayış yerinə baxış keçirilib və 1 ədəd qrad raketinin mühərrik hissəsi aşkar edilərək götürülüb, nəticə etibarı ilə 8 000 kv.m ərazi yoxlanılıb.

Cəmi 5 ev və həyatyanı sahə, 10 partlayış yerinə baxış keçirilib, 1 ədəd qrad raketinin mühərrik hissəsi aşkar edilərək götürülüb, 42 000 kv. m ərazi təmizlənib.

Ağdam rayonu

Qaradağlı kəndi - 2 ev və həyətyanı sahədə 3 partlayış yerinə baxış keçirilib, nəticədə 1 000 kv.m ərazi yoxlanılıb.

Cəmi 2 ev və həyətyanı sahə və 3 partlayış yerinə baxış keçirilib, nəticə etibarı ilə 1 000 kv.m ərazi yoxlanılıb.

Füzuli rayonu

Horadiz şəhəri - 3 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, nəticə etibarı ilə 1 610 kv.m ərazi yoxlanılıb.

Cəmi 3 əkin sahəsi, 3 partlayış yeri aşkar edilib, nəticə etibarı ilə 1 610 kv.m ərazi təmizlənib.

Ümumilikdə ANAMA tərəfindən aprelin 7-dən iyunun 3-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 568 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 21 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 489 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda ANAMA tərəfindən yaradılan xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

Son xəbərlər

Orphus sistemi