Arzu Rəhimov: “Ordumuzda ruh və vətənpərvərlik hissləri olduqca yüksəkdir”

Arzu Rəhimov: “Ordumuzda ruh və vətənpərvərlik hissləri olduqca yüksəkdir” "Xidmətin yarandığı 5 il ərzində onun beynəlxalq əlaqələrini qənaətbəxş hesab etmək olar"
Hərbi
13 Fevral , 2017 11:38
Arzu Rəhimov: “Ordumuzda ruh və vətənpərvərlik hissləri olduqca yüksəkdir”

Bakı. 13 fevral. REPORT.AZ/ “Ordumuzda ruh və vətənpərvərlik hissləri olduqca yüksəkdir”.

“Report”un məlumatına görə bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi general-leytenant Arzu Rəhimov bildirib.

Onun sözlərinə görə, ötən ilin aprel hadisələri bütün bunlara sübutdur.

A.Rəhimov qeyd edib ki, Xidmətin yarandığı 5 il ərzində onun beynəlxalq əlaqələrini qənaətbəxş hesab etmək olar: “2017-ci ildə səfərbərlik işinin və hərbi xidmətə çağırışın təşkili, yeni nəsil gənclər arasında hərbi vətənpərvərliyin yüksəldilməsi, Xidmətin fəaliyyətində operativliyin təmin edilməsi, hərbi qulluqçular arasında hərbi nizam-intizamın möhkəmləndirilməsi, Xidmətin dinamik inkişaf səviyyəsinin artırılması, yeni informasiya və kommunikasiya texnologiyalarının tətbiq olunması, normativ-hüquqi bazanın möhkəmləndirilməsi və maddi-texniki təminatın yaxşılaşdırılması kimi işlər qarşımızda duran əsas vəzifələrdəndir.
Xidmətin şəxsi heyəti ötən 5 ildə olduğu kimi, bundan sonra da dövlətin, xalqın və cənab Ali Baş Komandanın etimadını doğrultmaq, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün böyük səy və fədakarlıqla çalışacaqdır”.

Son xəbərlər

Orphus sistemi