Anjey Kaspşik cəbhə xəttində monitorinq keçirəcək

Anjey Kaspşik cəbhə xəttində monitorinq keçirəcək Bakı. 27 avqust. REPORT.AZ/ Avqustun 28-də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, Göygöl rayonu istiqamətində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.
Hərbi
27 Avqust , 2018 12:46
Anjey Kaspşik cəbhə xəttində monitorinq keçirəcək
0 : 00
0 : 00

Bakı. 27 avqust. REPORT.AZ/ Avqustun 28-də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, Göygöl rayonu istiqamətində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra köməkçiləri Mixail Olaru və Saymon Tiller keçirəcəklər.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Gennadi Petrika və Martin Şuster keçirəcəklər. 

Son xəbərlər

Orphus sistemi