ANAMA Füzulidə top mərmisinin gilizini aşkar edib

ANAMA Füzulidə top mərmisinin gilizini aşkar edib Yanvarın 1-dən aprelin 15-dək 14 rayon və 5 şəhərdə ərazilərə baxış keçirilib
Hərbi
15 Aprel , 2017 15:24
ANAMA Füzulidə top mərmisinin gilizini aşkar edib

Bakı. 15 aprel. REPORT.AZ/ Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Füzuli rayonunda təmizləmə əməliyyatları aparıb.

"Report" ANAMA-ya istinadən xəbər verir ki, Füzuli rayonu İkinci Mahmudlu kəndi – kəndarası torpaq yola baxış keçirilib, 1 ədəd partlamış top mərmisinin gilizi aşkar edilərək götürülüb. Nəticə etibarilə 600 kv.m ərazi yoxlanılıb.

Ümumilikdə Agentlik tərəfindən yanvarın 1-dən aprelin 15-dək Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Yevlax, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 7 otlaq sahəsinə, 6 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 159 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, bankın zirzəmisinə, su arxına, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib, 5 129 ədəd partlamamış hərbi sursat, 81 ədəd tank əleyhinə mina və 9 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 1 843 842 kv.m ərazi (523 006 kv.m əl ilə, 508 700 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və 699 136 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

Son xəbərlər

Orphus sistemi