ANAMA: Cocuq Mərcanlıda 46 gündə 22 ədəd partlamamış hərbi sursat aşkarlanıb

ANAMA: Cocuq Mərcanlıda 46 gündə 22 ədəd partlamamış hərbi sursat aşkarlanıb ANAMA Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan təmizləmə əməliyyatları barədə məlumat yayıb.
Hərbi
4 Aprel , 2017 18:45
ANAMA: Cocuq Mərcanlıda 46 gündə 22 ədəd partlamamış hərbi sursat aşkarlanıb
courtesy image

Bakı. 4 aprel. REPORT.AZ/ Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) aprelin 4-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan təmizləmə əməliyyatları barədə məlumat yayıb.

"Report" ANAMA-ya istinadən xəbər verir ki, Cocuq Mərcanlı kəndində gün ərzində 1 512 ədəd qəlpə aşkar edilib, mina və partlamamış hərbi sursat aşkarlanmayıb, nəticə etibarilə 10 910 kv.m ərazi (410 kv.m əl ilə, 6 500 kv.m mexaniki üsulla və 4 000 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

Agentlik 46 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 ev və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirilib, 22 ədəd partlamamış hərbi sursat (4 ədəd 82 mm-lik minaatan mərmi (OF-832), 2 ədəd 120 mm-lik minaatan mərmi (OF-843), 3 ədəd 93 mm-lik tank əleyhinə idarə olunmayan raket (2 ədəd PQ-7VL və 1 ədəd PQ-7VM), 2 ədəd 70 mm-lik tank əleyhinə idarə olunmayan raket (PQ-7VM), 1 ədəd PQ-7 raketinin partlamamış mühərrik hissəsi, 1 ədəd F-1 əl qumbarası, 1 ədəd 100 mm-lik top mərmisi (OF-412) və 8 ədəd TM-62P3 minasının gücləndiricisi), 5 ədəd piyada əleyhinə mina (OZM-72) və 33 ədəd tank əleyhinə mina (9 ədəd tank əleyhinə TM-57 minası və 24 ədəd TM-57 tank əleyhinə minanın partladıcısı (MVZ-57) aşkar olunaraq zərərsizləşdirilib, 1 286 351 kv.m ərazi (423 564 kv.m əl ilə, 369 500 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və 380 287 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

Ümumilikdə ANAMA tərəfindən bu il yanvarın 1-dən aprelin 4-dək Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Tovuz, Qazax, Yevlax, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 7 otlaq sahəsinə, 6 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 159 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, bankın zirzəmisinə, su arxına, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib, 5 123 ədəd partlamamış hərbi sursat, 74 ədəd tank əleyhinə mina və 8 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 1 341 015 kv.m ərazi (478 228 kv.m əl ilə, 369 500 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və 380 287 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

Hazırda ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Son xəbərlər

Orphus sistemi