Yuxarı
    Bağlamaq

    ANAMA: "139 ədəd partlamamış hərbi sursat və 5 ədəd piyada əleyhinə mina zərərsizləşdirilib"

    5 partlayış yerinə baxış keçirilib

    Bakı. 22 aprel. REPORT.AZ/ Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən aprelin 7-dən 22-dək Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy və Tovuz rayonlarında 310 ev və həyətyanı sahəyə, 2 hərbi hissəyə, 1 kənd qəbiristanlığına, 1 kənd orta məktəbinə, 5 fermaya və əkin sahələrinə baxış keçirilib. Nəticədə 139 partlamamış hərbi sursat (PHS) və beş piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

    Agentlikdən "Report"a verilən məlumata görə, Tərtər rayonunun Qapanlı kəndində 93 ev və həyətyanı sahəyə, 109 partlayış yerinə baxış keçirilib və partlamış sursatların qalıqları təmizlənıb. Bununla yanaşı, partlamamış 3 ədəd 85, 7 ədəd 122 və 1 ədəd 152 millimetrlik top mərmisi aşkar edilərək götürülüb.

    Qarağacı kəndində 15 ev və həyətyanı sahəyə və 15 partlayış yerinə, Qaradağlı kəndində isə 24 ev, 36 partlayış yeri və 1 əkin sahəsinə, Əskipara kəndində 4 ferma və 10 partlayış yerinə, Ağcabədinin Mirzəhaqverdili kəndində 1 ev və həyətyanı sahəyə baxışlar keçirilib, partlamış sursatların qalıqları təmizlənıb.

    Bir əkin sahəsində 30 ədəd 122 millimetrlik partlamamış top mərmisi, Şıxarx kəndində 1 partlamamış 152 millimetrlik top mərmisi, Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində isə 1 ev və həyətyanı sahəyə düşmüş 1 partlamamış 122 millimetrlik top mərmisi aşkarlanaraq götürülüb.

    Ağdam rayonunun Təzəkənd kəndində 7 ev və həyətyanı sahəyə, 1 əkin sahəsinə və 8 partlayış yerinə baxış keçirilib. Bir ədəd partlamamış 122 millimetrlik top mərmisi aşkar edilərək zərərsizləşdirilib.

    Rayonun Orta Qərvənd kəndində 1 ev və həyətyanı sahəyə baxış keçirilib. Bir partlamamış 122 millimetrlik top mərmisi aşkar olunub və zərərsizləşdirilib. Çıraqlı kəndində 4 ev və həyətyanı sahəyə və 4 partlayış yerinə baxış keçirilib, partlamış sursatın qalıqları götürülüb. Mahrızlı kəndində 15 ev və həyətyanı sahəyə baxış keçirilib, Qrad mərmilərinin partlamış hissələri çıxarılıb. Əfətli kəndində 8 ev və həyətyanı sahə baxış keçirilib, torpaq altında partlamış Qrad raketinin qalıqları çıxarılıb. Kənddən keçən Qarqar çayında piyada əleyhinə beş mina aşkarlanaraq zərərsizləşdirilib.

    Ballar kəndində dörd əkin sahəsində 4 partlayış yerinə, Evoğlu kəndində 4 əkin sahəsində 4 partlayış yerinə, Baharlı kəndində 1 əkin sahəsində 1 partlayış yerinə, Yusifcanlı kəndində 1 əkin sahəsində 1 partlayış yerinə baxış keçirilib, partlamamış sursat aşkar edilməyib. Ergi düzündə isə 1 fermaya baxış keçirilib. Bir ədəd 100 millimetrlik top mərmisi aşkar edilərək götürülüb.

    Goranboy rayonunun Tapqaraqoyunlu kəndində 123 ev və həyətyanı sahəyə, 2 hərbi hissəyə, 1 kənd qəbiristanlığına, 1 kənd orta məktəbinin ərazisinə baxış keçirilib, 130 partlayış yerindən sursatların qalıqları çıxarılıb. İki ədəd partlamamış 100 millimetrlik, 1 ədəd 122 millimetrlik top mərmisi və 1 ədəd 82 millimetrlik minaatan mərmisi aşkar olunaraq zərərsizləşdirilib. Qaxdud kəndində 2 ev həyətyanı sahə, 2 partlayış yerinə baxış keçirilib, partlamış sursatların qəlpələri və qalıqları götürülüb.

    Füzuli rayonunun Mirzənağılı kəndində 5 ev və həyətyanı sahə, 4 partlayış yerinə baxış keçirilib. Bir ədəd 82 millimetrlik minaatan mərmi aşkar edilib. Qazaxlar kəndində 3 ev və həyətyanı sahədə 3 partlayış yerinə baxış keçirilib. Əhmədalılar kəndində yeddi ev və həyətyanı sahələrdə 7 partlayış yerinə baxış keçirilib. Partlamış sursatların qəlpələri və qalıqları götürülüb.

    Horadiz şəhərində və ətrafında 84 partlayış yerinə baxış keçirilib, 81 ədəd partlamış, 3 ədəd partlamamış hərbi sursat aşkarlanaraq götürülüb.

    Tovuz rayonunun Qədirli kəndində 1 ev və həyətyanı sahəyə baxış keçirilib. Nəticədə 84 ədəd 100 millimetrlik partlamamış top mərmisi aşkar edilərək götürülüb.

    Hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi