Analitik-icmalçı: "Regionun təhlükəsizliyini təhdid edən tərəf Ermənistandır"

Analitik-icmalçı: "Regionun təhlükəsizliyini təhdid edən tərəf Ermənistandır" Bakı. 22 avqust. REPORT.AZ/ Rusiyada keçirilən ARMY-2018 beynəlxalq hərbi-texniki sərgi çərçivəsində Ermənistanın müdafiə naziri David Tonoyanla birgə Moskvada olan “Royalsys Engineering ltd” şirkətinin rəhbəri David Qalstyanla Rusiyanın məşhur “Kalaşnikov” korporasiyasının direktor müavini Andrey Barışnikov arasında müqavilə imzalanıb.
Hərbi
22 Avqust , 2018 16:15
Analitik-icmalçı: Regionun təhlükəsizliyini təhdid edən tərəf Ermənistandır
0 : 00
0 : 00

Bakı. 22 avqust. REPORT.AZ/ Rusiyada keçirilən "ARMY-2018" beynəlxalq hərbi-texniki sərgi çərçivəsində Ermənistanın müdafiə naziri David Tonoyanla birgə Moskvada olan “Royalsys Engineering ltd” şirkətinin rəhbəri David Qalstyanla Rusiyanın məşhur “Kalaşnikov” korporasiyasının direktor müavini Andrey Barışnikov arasında müqavilə imzalanıb.

Sazişə əsasən, Rusiyanın “Kalaşnikov” avtomatlarının ən yeni növləri - “AK-12” və “AK-15” beşinci nəsil müasir atıcı silahlarının istehsalı üçün Ermənistanda hərbi-sənaye müəssisələri yaradılacaq.

"Report" xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan məlumat yayıb.

O bildirib ki, bu müqavilə Ermənistan silahlı qüvvələrinin effektiv silahlanmasına, həmçinin ölkədə yeni iş yerlərinin açılmasına imkan verəcək.

Qeyd edək ki, müqavilənin dəyəri və lisenziya üzrə istehsal olunacaq “Kalaşnikov” silahlarının həcmi barədə məlumat verilmir.

Analitik-icmalçı Ehtiram Aşırlının sözlərinə görə, Ermənistan tərəfinin atdığı bu son addımlar onu göstərir ki, heç də regionda silahlanma yarışına girən və regionun təhlükəsizliyinin təmin olunmasını təhdid edən tərəf Azərbaycan yox, Ermənistandır: "Hər zaman Ermənistan baş nazir və müdafiə naziri səviyyəsində Azərbaycan tərəfinin regionda silahlanma yarışına girdiyini və regionun təhlükəsizliyinin təmin olunmasına mane olduğunu bildirir. Son olaraq avqustun 21-də Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan ilə İsrail Xarici İşlər Nazirliyinin Baş direktorunun müavini, Avrasiya İşlər İdarəsinin rəhbəri Aleksandr Ben Zvin arasında baş tutan görüş zamanı Z.Mnatsakanyan “Tərəfdaşlarımız regionda silahlanma yarışına gətirib çıxaran və qeyri-sabitliyə səbəb olan bütün hərəkətlərdən çəkinməlidir” deyə, açıqlama verdi. Bir tərəfdən Azərbaycanı silahlanmadan çəkinməli olduğunu deyən işğalçı erməni tərəfi, digər tərəfdən yeni silahlar almaq üçün Rusiya ilə müqavilə imzalayır, həmçinin kredit götürür. Bu zaman belə bir sual ortaya çıxır: bəs Ermənistan silahlı qüvvələrinin bu silahları almaqda məqsədi nədir? Onda onlar bu silahları almaqla, özləri demiş, silahlanma yarışına girmiş və regionun təhlükəsizliyini təhdid etmiş olmurlar? Utanmasalar deyəcəklər ki, düşməndən qorunmaq üçün alırıq. Yoxsa bu dəfə də bu silahlardan 2008-ci il 1 mart hadisələrindəki kimi konstitusiya dəyişikliklərinin reallaşması üçün istifadə edəcəklər?".

Son xəbərlər

Orphus sistemi