Agentlik sədri: "Sərhədçi olmaq hərbi xidmət keçmə dövrünün ən romantik hissəsidir"

Agentlik sədri: "Sərhədçi olmaq hərbi xidmət keçmə dövrünün ən romantik hissəsidir" Məşhur deyimdə deyildiyi kimi, Vətən sərhəddən başlayır. Mən də hərbi xidmət zamanı sərhədçi olmuşam. Dövlət Sərhəd Xidmətində hərbi xidmət keçmişəm. Sərhədçi olmaq həqiqətən qürurvericidir, şərəflidir.
Hərbi
18 Sentyabr , 2019 10:57
Agentlik sədri: Sərhədçi olmaq hərbi xidmət keçmə dövrünün ən romantik hissəsidir
Ülvi Mehdiyev / Report / Elchin Murad

"Məşhur deyimdə deyildiyi kimi, Vətən sərhəddən başlayır. Mən də hərbi xidmət zamanı sərhədçi olmuşam. Dövlət Sərhəd Xidmətində hərbi xidmət keçmişəm. Sərhədçi olmaq həqiqətən qürurvericidir, şərəflidir".

"Report" xəbər verir ki, bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “Hərbiyyə - Xəzər” hərbi vətənpərvərlik düşərgəsinin açılış mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, sərhədçi olmaq hərbi xidmət keçmə dövrünün ən romantik hissəsidir: "Çünki burada Vətənin təbiətini, suyunu, daşını və torpağını daha gözəl hiss edə bilirsən və bu da səndə köklü bir məhəbbət yaradır".

Agentlik sədri xatırladıb ki, könüllülük hərəkatının fəaliyyəti dövründə 600-ə yaxın layihə həyata keçirilib: "O layihələrdən biri də "Hərbiyyə" hərbi-vətənpərvərlik düşərgəsinin təşkil olunmasıdır. Bu düşərgələrdən üçü bu il ərzində təşkil olunub. Düşərgələr Prezident İlham Əliyevin tövsiyəsi və könüllülərin müraciəti əsasında baş tutub. Artıq bundan sonra da hər mövsümlə əlaqədar olaraq bu düşərgələr davamlı şəkildə təşkil olunacaq".

Son xəbərlər

Orphus sistemi